12 noyabr 2012 12:09
Mançesterli azarkeşlər yığmamızı dəstəkləməyə hazırlaşırlar
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamızı dəstəkləmək üçün Avropanın müxtəlif yerlərindən Belfasta həmyerlilərimizin gəlməsi gözlənilir.
Eyni zamanda Belfasta yaxınlığı ilə seçilən İngiltərədə yaşayan azərbaycanlılar da komandamızı dəstəkləməyə hazırlaşırlar. Bu barədə saytımıza Mançesterdə təhsil alan azərbaycanlı tələbə məlumat verib. Onun sözlərinə görə, onlar təxminən 30 nəfərlik heyətlə millimizi dəstəkləməyə gedəcəklər.
Qeyd edək ki, Mançesterlə yanaşı Londondan da 300-ə yaxın həmyerlimizin Belfasta gəlməsi gözlənilir. Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 14-də “Vindzor Park”da keçiriləcək və saat 23:45-də start götürəcək.
