12 noyabr 2012 00:17
Əfran İsmayılov: Qarabağın mənə görə yeni klubumdan nə qədər tələb edəcəyini bilmirəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov “Qarabağ”dan ayrılması barədə yayılan xəbərlərlə əlaqədar olaraq azerisport.az saytının suallarını cavablandırıb.
- “Qarabağ”ı tərk etməyə nə vaxt qərar verdiniz?
- İki gün əvvəl Qurban Qurbanovla görüşdüm və etiraf etdim ki, dekabrda klubdan ayrılmaq istəyirəm. Düzü, bununla baş məşqçimizdən məsləhət almaq istəyirdim. Məni “Qarabağ” Əfran İsmayılov edib. Mən bunu heç vaxt unutmayacağam. Lakin mənə dedilər ki, bir də bu komandanın məşqlərinə qatılmayım.

- Mümkündü ki, sizin məşqlərdəki iştirakınız digər futbolçulara pis təsir edə bilərdi...
- Mən komandama, Qurban Qurbanova, klub rəhbərliyinə hörmətlə yanaşıram. Bu komanda həmişə mənim üçün doğma olacaq. Mən hələ klubu tərk etməmişəm və rəhbərliyin qərarını gözləyirəm. Əgər “Qarabağ” rəhbərliyi razılıq versə, başqa komandada oynayacağam. Onların məndən inciməsini istəmirəm. Belə çətin vəziyyətdə komandada qalmağımın düzgün olmadığını hesab edirəm. Komanda mənə əvəzləyici tapmalıdı. İnanıram ki, “Qarabağ” mənə layiqli əvəzləyici tapacaq. Bu, futboldu, burda hər şey ola bilər. Mən heç kimə bir söz demədən yanvarda səssizcə klubdan ayrıla bilərdim. Amma məhz kluba hörmətimdən irəli gəldiyi üçün, məsələni indidən açıqlamağa qərar verdim.
- Əgər sirr deyilsə, “Qarabağ”ı niyə tərk edirsiz?
- Futbolçu həyatı elədi ki, hərdən klubunu dəyişməli olursan. Bunda hansısa maliyyə şərtlərinin önəm daşıdığını düşünmək vacib deyil. Hesab edirəm ki, elə yeni klubumda da “Qarabağ”da qazandığım qədər alıram. Ola bilər ki, azca çox olsun. Əsas səbəb sadəcə yeni klubda özümü göstərmək istəyimdi.

- Sizin gedişiniz “Qarabağ”a mənfi təsir edə bilər...
- Belə düşünmürəm. Komandada Qurban Qurbanov kimi məşqçi var. O, komanda üçün çox şey edib. Əminəm ki, o, məni əvəz edə biləcək futbolçular tapacaq. Əvəzedilməz futbolçu yoxdu. Özü də mən indi yox, yanvarda getmək istəyirdim.
- Amma komandadan məhz indi ayrılmalı oldunuz...
- Onda yeni klubumla danışıqlara başlamalı olacağam. Yanvara qədər paytaxt klublarından birində məşq edəcəm. İnanın ki, harda oynayacağımı özüm də bilmirəm. Çünki heç kimlə danışıqlar aparmıram. “Qarabağ” rəhbərliyinin qərarını gözləyirəm. Əgər razılıq versələr, danışıqlara başlayacağam. Heç gələcək klubumun “Qarabağ”a mənə görə nə qədər ödəyəcəyini də bilmirəm.
- “Qarabağ”la müqavilənizin müddəti nə vaxt başa çatacaq?
- 2013-cü ilin may ayında. Ona görə də danışıqların necə bitəcəyini bilmirəm. Gizlətmirəm ki, 2-3 klubdan təkliflər var. Bunlar Bakı klublarıdı. Çünki paytaxtda qalmaq istəyirəm.
- 2013-cü ilin may ayında. Ona görə də danışıqların necə bitəcəyini bilmirəm. Gizlətmirəm ki, 2-3 klubdan təkliflər var. Bunlar Bakı klublarıdı. Çünki paytaxtda qalmaq istəyirəm.