12 noyabr 2012 12:26
Qarabağın iki oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın 2 görüşünün vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsində 25 noyabr tarixində baş tutacaq “Kəpəz” – “Qarabağ” görüşü 1 gün önə çəkilib.
Səbəb isə Gəncənin digər təmsilçisi “Tərəqqi”nin eyni yarışda və meydanda qarşılaşmasının olmasıdı.
“Qarabağ”ın bu oyununun vaxtının dəyişdirilməsi Premyer Liqada baş tutacaq “Qarabağ” – “Turan” matçının da noybarın 28-dən 27-nə keçirilməsinə səbəb olub.
