13 noyabr 2012 12:57

Elvin Məmmədov: Şimali İrlandiyadan xal və ya xallar ala bilərik

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Komanda yoldaşlarınızın bəziləri ilə söhbətdə məlum oldu ki, hələ rəqibin oyununu izləməmisiz. Bəs siz necə?
- Mən də sadəcə Portuqaliya ilə son oyunlarının fraqmentlərinə baxmışam. Çətin səfərdə bir xal qazansalar da, mən onların o qədər də yaxşı oynadıqlarını deməzdim. Bircə qol vəziyyəti yaratdılar, onu da vurdular. Bütün oyunu müdafiədə keçirdilər.

- Amma biz Portuqaliya ilə görüşdə buna da nail ola bilməmişdik...
- Şimali İrlandiyanın daha çox bəxti gətirdi. Çünki Braqadakı oyunumuzda bizim də qol vəziyyətlərimiz oldu. Lakin istənilən halda kimin daha güclü olduğuna Şimali İrlandiya ilə aramızdakı oyun aydınlıq gətirəcək. Rəqibimiz ciddi komandadı. Amma onlardan xal və ya xallar almaq olar.
 
- Deməli, Şimali İrlandiyanın Portuqaliyaya qarşı uğurlu oyununu təsadüf sayırsız?
- Hər bir komandanın uğurlu oyunları olur. Biz də vaxtilə Portuqaliyadan xal almışıq, Türkiyəni məğlub etmişik. Amma çətin ki, bizim həmin nəticələrimiz indi şimali irlandiyalıları qorxutsun. Eyni zamanda da onların sensasiyaları bizi qorxutmur.
 
- Şimali İrlandiya doğma meydanda çıxış etdiyindən öz oyununu diqtə etməyə çalışacaq...
- Rəqibimiz atletik futbola üstünlük verir. Güman ki, uzun ötürmələrdən istifadə etməyə çalışacaqlar. Bakıdakı məşqlərdə biz bu cür oyuna qarşı necə lazımdısa, hazırlaşmışıq. Biz topa daha çox nəzarət etməliyik, qısa ötürmələrdən istifadə etməliyik.

- Bu dəfə də Rusiya və Portuqaliya ilə oyunlarda olduğu kimi, 90 dəqiqə müdafiədə oturmayacağıq ki?
- Hər şey Berti Foqtsun bizə verəcəyi taktikadan asılıdı. Biz başqa cür oynaya bilmərik. Təbii ki, daha çox hücuma diqqət yetirməyimizi istərdim.

- Görüş güman ki, yağışlı havada oynanılacaq. Komanda buna hazırdı?
- Bu, bizim üçün problem deyil. Çünki futbolçularımız milli çempionatda sulu meydançalarda az oynamayıblar. Şübhəsiz ki, yağışlı hava oyuna təsirsiz ötüşməyəcək. Amma rəqib də eyni şərtlər altında mübarizə aparacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.