13 noyabr 2012 00:54
“Bilirik ki, Azərbaycana qalib gəlmək çox çətindi”
Futbol üzrə Şimali İrlandiya yığmasının müdafiəçisi Kreyq Katkart DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Biz Azərbaycan yığması barədə o qədər də çox şey bilmirik. Amma onların qrup mərhələsindəki əvvəlki oyunlarını izləmişik. Bilirik ki, onlara qalib gəlmək çox çətindi. Güman edirəm ki, onlar da bura Lüksemburqun Belfastda nail olduğu nəticəyə (Şimali İrlandiya – Lüksemburq oyunu 1:1 hesabıyla başa çatmışdı – azerisport.az) imza atmaq üçün gəliblər. Lakin biz yenidən səhvə yol verə bilmərik”.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
