13 noyabr 2012 01:12
Yığmamız bu gün Belfastda daha bir açıq məşqə çıxacaq
Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun ərəfəsindəki növbəti məşqinə çıxacaq. Azerisport.az xəbər verir ki, komandamızın bu məşqi də qarşılaşmanın oynanılacağı “Vindzor Park” stadionunda yox, millinin məskunlaşdığı otelin yaxınlığındakı arenada baş tutacaq.
Hazırlıq prosesi mətbuata açıq olacaq. Özü də yalnız ilk 15 dəqiqəsi yox, əvvəldən axıra qədər olmaq şərtilə.
Xatırladaq ki, yığmamızın ötən gün baş tutan məşqi də mətbuata açıq həyata keçirilmişdi.
Şimali İrlandiya – Azərbaycan oyunu sabah Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
