13 noyabr 2012 15:18
Neftçinin futbolçusu dörd oyunluq diskvalifikasiya edildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 9-cu turundan təxirə salınan bir oyunla da bağlı qərar çıxarılıb.
9 noyabr 2012-ci il tarixində Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 9-cu turunun təxirə salınmış “Neftçi” – “Kəpəz” matçının 26-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Eşqin Quliyevlə “Kəpəz”in futbolçusu Ziyabil Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanıb, klubları 2000 manat cərimə olunub.
