13 noyabr 2012 15:27
Neftçi ilə oyuna çıxmadı, texniki məğlubiyyət aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal üzrə Azərbaycan çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
PSL – “Baku Flames” matçının 28-ci dəqiqəsində PSL-in futbolçusu Namiq İsgəndərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Ağdaş” – “Neftçi” İSM matçında “Ağdaş” iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
“Admiral” – MTD matçının 23-cü dəqiqəsində MTD klubunun futbolçusu Bəhram Abdinov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Oyunun 30-cu dəqiqəsində “Admiral”ın futbolçusu Asim Bəxtiyarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – “Çinar” matçının 33-cü dəqiqəsində “Ulduz”un futbolçusu Aqşin Cəfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Titan” – “Akkord” matçı başa çatdıqdan sonra “Akkord”un futbolçusu Ceyhun Ramazanov hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb.
“İnci” – “Turan” matçının 42-ci dəqiqəsində “İnci”nin futbolçusu Tofiq Aslanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Abşeron” – “Sazz” matçının 40-cı dəqiqəsində “Sazz” klubunun futbolçusu Musa Mirzəzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
