13 noyabr 2012 15:45
Azərbaycan çempionatında yenə lipalar aşkarlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə 14 yaşlılar arasında keçirilən Azərbaycan çempionatının (U-14 Liqa) son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
U-14 Liqasının “Xaçmaz” – ŞKGB matçında ŞKGB iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Bakı-008” – AZAL matçında “Bakı-008” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “Bakı-008” 3-cü dəfə oyunlara gəlmədiyi üçün yarışlardan kənarlaşdırılıb.
U-14 Liqasının UGİM (Qax) – UGİM (Ağdaş) matçında UGİM (Qax) tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 heasablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Laçın” – “Qarabağ” matçının 42-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Orxan Cəfərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqasının “Xəzər Lənkəran” – “Lerik” matçında “Lerik”in futbolçusu Şamo Qubadovun əvəzinə başqa futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının UGİM (Ağstafa) – UGİM (Tovuz) matçında UGİM (Tovuz) klubunun heyətində Elvin Sadıqov saxta lisenziya ilə iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Masallı” – “Xəzər-92” matçında “Masallı”nın heyətində Fuad Abdullayev saxta lisenziya ilə iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
