13 noyabr 2012 16:03
Tahir Süleymanov: Əfran İsmayılovla danışıq aparmırıq
Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovu alacaqlarına dair şayiələrə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əfran ölkənin ən perspektivli futbolçularından biridi. Fikrimcə, onu heyətində görmək istəyən çoxlu klublar var. Amma “Neftçi” heç vaxt başqa Azərbaycan klubuna məxsus olan futbolçu ilə danışıqlar aparmayıb. Əgər Əfran özü “Neftçi”də çıxış etmək istəsə, biz bu variantı gözdən keçirə bilərik”.