13 noyabr 2012 16:12
Vaqif Sadıqov İnterə yenilgini şərh etdi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov “İnter”lə yoxlama matçında qeydə alınan 2:5 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu matç mənim müdafiə xətti ilə bağlı şübhələrimi təsdiqlədi. Mən mərkəzdə bir neçə variantı gözdən keçirmişdim. Amma onların heç biri özünü doğrultmamışdı. Buna baxmayaraq, bütün futbolçulara oynamaq şansı verirəm. Çünki onların hamısını yoxlamaq istəyirdim. Müdafiədə bu qədər kobud səhvlər buraxmağımız məyus edir”.