13 noyabr 2012 16:53
Rasim Ramaldanov: Start heyətdə oynasam, sevinərəm
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “Simurq”un stopperi bu gün baş tutan mətbuat konfransında ilk dəfə dəvət olunduğu milli komandadakı durumu ilə bağlı bunları dilə gətirib:
“Start heyətdə oynasam, buna çox sevinərəm. Amma hələ meydana çıxıb-çıxmayacağımı bilmirəm. Psixoloji cəhətdən heç bir problemim yoxdu. Qətiyyən həyəcanlanmıram. Rəqibi yaxşı analiz etmişik. Bacardığımızı göstərməyə hazırıq”.