13 noyabr 2012 17:06
Berti Foqts: Hədəfimiz Belfastda qələbə qazanmaqdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:
- Hazırlıqlarımızdan tamamilə razıyam. Komandada yaxşı atmosfer var. Baxmayaraq ki, bəzi itkilərimiz də mövcuddu. Hədəfimiz Belfastda qələbə qazanmaqdı. Amma dörd il öncə belə itkilərimiz olsaydı, bunu heç vaxt deyə bilməzdim.
- Şimali İrlandiya haqda nə deyə bilərsiz?
- Şimali İrlandiyaya qarşı mübarizə aparmaq çox çətindi. Yəqin ki, Portuqaliya ilə səfər heç-heçəsindən sonra bu komandada özünəinam daha da artıb. Həm də onlar ikinci mərtəbədə çox yaxşı oynayırlar. Ona görə də biz onların bu üstünlüklərindən yararlanmalarına imkan verməməliyik.

- Rəqib komandada kimi fərqləndirə bilərsiz?
- 10 nömrənin oyununu xüsusi qeyd edərdim (qeyd edək ki, bu, Kayl Laffertidi – azerisport.az).

- Hansı nəticəyə ümid edirsiz?
- Əgər qələbə və ya heç-heçə ilə qayıda bilsək, çox yaxşı olacaq. Buna həm gücümüz, həm də imkanımız var. Biz hələ Rusiya ilə səfər matçında da uğur qazana bilərdik.

- Qapıda kim duracaq?
- Qapıçı problemini həll edəcəyik. Mən kimi oynadacağımı bilirəm. Amma onu indi açıqlamayacağam.

- Rasim Ramaldanov barədə nə deyə bilərsiz?
- Əla oyunçudu. Onunla tanış olduğumuz üçün şadam. O, futbola güləşdən gəlib (britaniyalı jurnalistlər Foqtsun bu xəbərinə gülürlər). Burda gülməli heç nə yoxdu. Rasim hətta start heyətdə də meydana çıxa bilər.

- Kapitan Ruslan Abışov olacaq?
- Bəli, o, son dövrlər çox artırıb. Çox şadam ki, Kazan “Rubin”i Abışovun xidmətində maraqlıdı. O, təkcə Rusiyada yox, Almaniya və İngiltərədə də çıxış edə bilər. Ruslan oyunu çox yaxşı oxuyur. Həm də müdafiəçi olaraq çox texnikalıdı.

- “Neftçi” Avropa Liqasının qrup mərhələsindəki çıxışı ilə məyusluq yaratdı. Yığmamız bunu unutdura biləcək?
- “Neftçi” məyus etdi? Bəs siz “İnter” və “Rubin” üzərində qələbə gözləyirdiniz? Məncə, kifayət qədər yaxşı oynadılar. Sevindirici məqam odu ki, ölkədə futbol inkişaf edir. “Neftçi” Avroliqanın qrup mərhələsində çıxış edir, Azərbaycan dünya çempionatı keçirir və sair. Əsas olan budu.