13 noyabr 2012 17:47
Aqil Nəbiyev Boluspordan təklif alıb
AZAL-ın müdafiəçisi Aqil Nəbiyev karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az saytına müsahibəsində o, hazırda bir sıra təklifləri nəzərdən keçirdiyini gizlətməyib:
“Mənimlə Türkiyədən maraqlanırlar. “Boluspor” məni heyətində görmək istəyir. Hətta ilyarımlıq müqavilə təklif edirlər. Amma mən hələ orda oynamaqla bağlı qəti qərarımı verməmişəm. Mənim həmçinin Azərbaycan klublarından aldığım təkliflər də var. Harda oynayacağıma yanvarda qərar verəcəyəm. Hələlik isə bütün fikirlərim AZAL-ın oyunlarına yönəlib”.