13 noyabr 2012 17:54
“Azərbaycanla oyunda hətta 1:0 hesablı qələbəyə də razıyam”
Futbol üzrə Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Kris Brant DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən Azərbaycanla oyunda hətta 1:0 hesablı qələbəyə də razılaşardım. Qarşıda bizi doğma divarlar arasında dörd oyun gözləyir. Belfastda mümkün qədər çox xal toplamağımız lazımdı. Azərbaycanla oyundan sonra xal ehtiyatımızın beşə qalxdığını görmək istəyirəm. Bu, bizim qrupdakı vəziyyətimizi yaxşılaşdıracaq. İkinci pilləyə ümid edə bilərikmi? Portuqaliyadakı nəticədən sonra niyə də olmasın”.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
