13 noyabr 2012 18:03
“Övladımın dünyaya gəlişini Azərbaycanla oyuna görə buraxmaq istəmirəm”
Futbol üzrə Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Qrant Makkenn DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunu buraxmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ailə vəziyyəti ilə əlaqədar yığmadan ayrılmasına dair bunları dilə gətirib:
“Təəssüf edirəm ki, belə bir oyunu buraxmalı olacağam. Həyat yoldaşım bu həftənin istənilən günü növbəti dəfə ana ola bilər. Yeni övladımın dünyaya gəlməsini buraxsam, bunu özümə bağışlaya bilmərəm. İkinci övladım dünyaya gələndə Polşadaydım. Bu, mənim üçün çox böyük zərbə idi. İndi yenidən eyni aqibəti yaşamaq istəmirəm. Fikrimcə, indiki anda ailəmin yanında olmağım daha yaxşı olardı. Axı biz onsuz da digər ailələr kimi çox birgə ola bilmirik”.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
