13 noyabr 2012 19:16
Sialmas Xəzər Lənkəranda 3-cü dublunu rəsmiləşdirdi
Bu gün "Xəzər Lənkəran"ın əsas və əvəzedici heyətləri arasında oyun keçirilib. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran" stadionunun yardımçı meydançasında güclü yağış altında keçən qarşılaşmada əsas komanda "kiçik qardaşlarına" 2:1 hesabı ilə qalib gəlib.
Belə ki, son zamanlar fəallığı və dinamik oyunu ilə seçilən yunan hücumçu Dimitrios Sialmas bu oyunda da 2 dəfə fərqlənməyi bacarıb. Əsas komandanın qapısına vurulan yeganə qolun müəllifi isə gənc istedadlı futbolçu Elnur Cəfərov oldu.
Qeyd etmək lazımdı ki, hər hissəsi 35 dəqiqə davam edən oyunda əvəzedici komandanın heyətində artıq əsas komandada çıxış edən oyunçulardan Kazım Kazımlı, Akif Tağıyev və Kamran Abdullazadə yer alıblar. Ağabala Ramazanov isə bir hissədə əsas, digərində isə əvəzedicilərin heyətində çıxış edib.
