15 noyabr 2012 01:41

Yığmamız Şimali İrlandiya üzərində qələbəni əldən verdi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin dördüncü oyununda Şimali İrlandiya ilə qarşılaşıb.
 
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Şimali İrlandiya ilə ilk dəfə 2004-cü ildə, oktyabrın 9-da Bakıda qarşılaşmışdıq. DÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutan görüşdə hesab açılmamışdı – 0:0. 2005-ci ildə, sentyabrın 3-də Belfastda keçirilən cavab görüşündə isə millimiz 2 cavabsız qolla uduzmuşdu.
 
Lakin bu komanda ilə budəfəki səfər qarşılaşmamız Azərbaycan üçün daha uğurlu alınıb. Qarşılaşmanın beşinci dəqiqəsində Rauf Əliyev möhtəşəm qolla meydan sahiblərini şoka salıb. Qalan dəqiqələrdə diqqətlə müdafiə olunan yığmamız bu çətin səfər matçında yeni tsikldəki ilk qələbəsini rəsmiləşdiriməyə də yaxın idi. Amma təəssüf ki, son saniyələrdə meydan sahibləri cərimə zərbəsindən hesabı bərabərləşdiriblər. Beləcə, komandamız Belfastdan 1 xalla qayıtmalı olub.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
14 noyabr
 
ŞİMALİ İRLANDİYA – AZƏRBAYCAN - 1:1 (0:1)
Qollar: R.Əliyev, 5 (0:1), D.Hili, 90+6 (1:1)
Belfast. “Vindzor Park” stadionu.
Baş hakim: Viktor Şvetsov (Ukrayna).
 
Oyun başladı. Yığmamıza uğurlar arzulayırıq!
2. Ferqusonun qapı qarşısına ötürməsi təhlükəli olsa da, qapı xəttindən çıxır
3. K.Laferti qapı qarşısına asmanı başla vursa da, top qapının üstündən keçir
5. Rauf Əliyev uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı açır - 0:1
10. Meydan sahibləri ilk dəqiqələrdə olduğu kimi, cinahlardan cərimə meydançamıza təhükəli asmalar etməkdə davam edirlər. Rəqib düşərgədə cinahlar çox fəaldı
15. Komandamız top saxlamağa və hücum qurmağa çalışır
15. V.Nadirovun uzaqdan zərbəsi qapıdan aralı keçir
19. K.Laffertinin zərbəsini S.Ağayev tutur
24. N.Makqinin təhlükəli zərbəsini qapıçımız tuta bilir
27. Müdafiəmizdəki çox kobud səhvdən sonra az qala K.Laferti hesabı açacaqdı. Amma S.Ağayev möhtəşəm oynayaraq komandamızı qoldan xilas edir
31. Katkartın başla zərbəsi qapı dirəyini yalayaraq meydanı tərk edir
35. Meydan sahibləri korner qazanırlar: hər şey yığmamız üçün yaxşı bitir
39. V.Nadirovun vuruşunda top rəqib qapıçıda qalır
42. D.Şils simulyasiyaya görə sarı vərəqə ilə cəzalanır
45. İlk yarının əsas vaxtına 2 dəqiqə əlavə olunur
45+1. D.Lafertinin baş zərbəsi təhlükəli olsa da, qapının üstündən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Katkart əlverişli mövqedən qapıya dəqiq zərbə endirə bilmir
49. V.Levin sarı vərəqə ilə cəzalanır
50. Belfastda oyunun əvvəlindən yağan yağış daha da güclənib
50. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı komandamızın bəxti gətirir
52. Yığmamız oyunda ilk künc zərbəsini yerinə yetirir: Komandamıız ikinci qolu vurmaq şansından yararlana bilmir 
57. Ş.İrlandiya yığmasında D.Şilsi P.Makkurt əvəzləyir
57. Nadirovun başla zərbəsini qapıçı tutur
57. K.Laferti də simulyasiyaya görə sarı vərəqə alır
59. P.Makkurtun zərbəsi qapıdan azca yan keçir
60. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı yenə bəxtimiz gətirir
62. R.Əliyev təkbaşına hücum qurmağa çalışsa da, həlledici zərbəsi alınmır
63. Yığmamızda ilk əvəzetmə: Ə.Gökdəmirin əvəzində meydana B.Hüseynov çıxır
65. R.Əliyev rəqibin kobudluğu nəticəsində yerə yıxılsa da, hakim onun simulyasiya etdiyni düşünərək, sarı vərəqə verir
66. Meydan sahiblərinin korner vuruşu təhlükəli olsa da, dəqiq alınmır
67. N.Makqini K.Brant əvəzləyir
69. Şimali İrlandiyalılar daha bir əlverişli qol epizodundan yararlana bilmirlər
71. R.Ramaldanov zədələndiyi üçün oyuna davam edə bilmir və onu E.Nəziri əvəzləyir
75. Rəqib təzyiqi artırsa da, komandamız çətinliklə də olsa, müdafiə olunmağı bacarır
78. Yığmamızda son dəyişiklik: C.Özkaranı V.Cavadov əvəzləyir
79. K.Beyrd də sarı vərəqə alır
82. Katkartın əvəzində meydana D.Hili çıxır
85. Meydan sahibləri təhlükəli nöqtədən cərim zərbəsi vurmaq hüququ qazanırlar: Brantın zərbəsini S.Ağayev tutur
88. Komandamız əla hücum təşkil etsə də, Vaqif həlledici zərbəni yaxşı vura bilmir
90. Matçın əsas vaxtına 6 dəqiqə əlavə olunur
90+1. D.Laferti də sarı vərəqə alır
90+2. Meydanda futbolçular arasında münaqişə yaranır. Hakim D.Hili və C.Hüseynova sarı vərəqə göstərir
90+4. Oyunun bərpasını gecikdirdiyinə görə S.Ağayevə də sarı vərəqə verir
90+6. Meydan sahibləri çox təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanırlar: Hili dəqiq zərbə ilə hesabı bərabərləşdirir - 1:1
Matç başa çatdı
 
ŞİMALİ İRLANDİYA: 1. Roy Keroll, 2. Daniel Lafferti, 4.Qaret Makoli, 5. Kreyq Katkart, 6. Kris Beyrd, 7. Din Şils, 8. Stiven Devis (k), 10. Kayl Lafferti, 14. Niall Makqinn, 17. Şeyn Ferquson, 18. Aaron Hyuz.
Ehtiyat oyunçular: 12. Alan Mannus, 9. Devid Hili, 11. Kris Brant, 13. Korri Evans, 15. Ped Makkurt, 16. Oliver Norvud, 19. Uilyam Qriqq, 20. Uilyam Makkey, 21. Konnor Maklahlin, 23. Maykl Makqovern.
AZƏRBAYCAN: 23. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 21. Vladimir Levin, 5. Rasim Ramaldanov, 18. Maksim Medvedev, 13. Əli Gökdəmir, 19. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov, 17 Vüqar Nadirov, 9. Cihan Özkara, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 23. Anar Nəzirov, 12. Andrey Popoviç, 2. Bədavi Hüseynov, 3. Elhad Nəziri, 6. Rəşad Sadiqov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 14. Hacı Əhmədov, 20. Elvin Məmmədov, 7. Vaqif Cavadov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.