13 noyabr 2012 20:00
Bakı ardıcıl 12-ci qələbəsini İnterlə oyunda qazandı
Bu gün Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 10-cu turun təxirə salınmış bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, günün yeganə matçında “Bakı” “İnter”lə qarşılaşıb.
“Zolaqlılar” doğma meydanda keçirilən görüşdə minimal hesablı qələbəyə seviniblər. Görüşdəki yeganə qolun müəllifi isə əsas heyətdən uzaqlaşdırılmış kapitan Cəmşid Məhərrəmov olub.
Maraq üçün qeyd edək ki, bu, “Bakı”nın mövsümdəki ardıcıl 12-ci qələbəsidi.
Bakı – İnter – 1:0
Qol: Cəmşid Məhərrəmov, 41.
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elxan Əsgərzadə, Elxan Müslümov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
1
12
12
0
0
35-9
36
Ramil Mansurov (İnter) - 13 qol
Rey Məmmədbəyli (Qəbələ) - 10 qol
Raul Yaqubzadə (Bakı) - 6 qol
Tural İsgəndərov (Qarabağ) - 6 qol
Raul Yaqubzadə (Bakı) - 6 qol
Tural İsgəndərov (Qarabağ) - 6 qol
