13 noyabr 2012 21:44

Berti Foqts Belfastda ilk dəqiqələrdən kimlərə şans verəcək?

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyunda hansı futbolçulara ilk dəqiqələrdən şans verəcəyinə böyük ölçüdə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis yalnız bir mövqe ilə bağlı tərəddüd edir.
 
Foqtsun qapını “Qəbələ”nin üzvü Anar Nəzirova tapşıracağı gözlənilsə də, o, fərqli qərar qəbul edib. Belə ki, yığmamızın çalışdırıcısı çətin səfər görüşündə debütant qapıçıya şans verməyə risk etməyib və qapını “Turan”lı Andrey Popoviçə həvalə etməyə hazırlaşır.

Müdafiə xəttinin mərkəzində Ruslan Abışovla Rasim Ramaldanov yer alacaq. Cinahlar isə Maksim Medvedevlə Əli Gökdəmirə tapşırılacaq.
Bundan əlavə Rahid Əmirquliyev, Cavid Hüseynov, Vüqar Nadirov, Cihan Özkara və Rauf Əliyevin də start heyətdə meydana çıxması gözlənilir.
 
Start heyətdə yer almalı olan digər futbolçunun kimliyi isə hələlik dəqiq bilinmir. Güman ki, bu, zədədən əziyyət çəkən Aleksandr Çertoqanov olacaq. Təbii ki, oyun saatına qədər tam hazır ola bilsə.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.