13 noyabr 2012 11:18

Elxan Məmmədov: Millimiz Belfasta üç xal üçün gəlib

AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. O, öncə bunları dilə gətirib:
 
- Komanda artıq dörd gündü Belfastdadı. Qarşıdakı oyuna ciddi hazırlıq gedir. Oyunun keçiriləcəyi “Vindzor Park” stadionunun tam dolması gözlənilir. Amma komandamız da dəstəksiz qalmayacaq. Artıq 300 bilet paylanılıb. Azarkeşlərimizin çoxu tələbələrdi. Hansı ki, əsasən Londonda və Böyük Britaniyanın digər şəhərlərində təhsil alırlar.

- Bu oyundan nə gözləyirsiz?
- Təəssüf ki, komandamızda itkilər var. Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev oyunu buraxmalı olacaq. Buna baxmayaraq, komanda oyuna hazırdı. Rəqibdən xal almaq üçün əlimizdən gələni edəcəyik.
 
- Millimiz sürpriz edə bilər?
- Biz bura üç xal dalınca gəlmişik. Əgər yadınızdadırsa, əvvəlki tsikllərdə də sürprizlərə imza atmışıq. Ümid edirəm ki, belə nəticələrdən birini də bu oyunda qazanacağıq.
 
- Əgər yığmamız yenə məğlub olsa, bu, dörd oyuna üçüncü məğlubiyyət olacaq. Belə olan halda AFFA seçmə mərhələyə startı necə qiymətləndirəcək?
- Biz hələ uduzmamışıq və buna hazırlaşmırıq da. Üç oyun keçirmişik. Öz meydanımızda İsrillə heç-heçə etmişik. Qrupun favoritləri olan Portuqaliya və Rusiyaya isə səfərdə uduzmuşuq. Geridə qalan oyunlarda əsas məyusluq doğuran məqam İsraillə görüşdə iki xal itirməyimizdi. Çünki sərgilədiyimiz oyunla üç xala layiq idik.
 
- Şimali İrlandiyadan olan həmkarınızın hansı nəticəyə ümid etməsiylə maraqlanmısız?
- Şübhəsiz ki, onlar da öz komandalarından qələbə gözləyirlər. Amma eyni zamanda Azərbaycan yığmasının təhlükəli rəqib olduğunu qeyd edirlər. Mən də bildirdim ki, Azərbaycanın mümkün qələbəsi sensasiya olacaq. Komandamızdakı atmosfer mənə imkan verir ki, maksimum nəticə qazanmağa qadir olduğumuzu deyim.

- Bəs sizə elə gəlmir ki, Portuqaliya və Rusiya ilə oyunlardan sonra Şimali İrlandiya ilə evdə oynamaq daha yaxşı olardı?
- Əlbəttə, ilin son oyununu doğma meydanda keçirmək yaxşıdı. Amma biz təqvimi qurarkən belə qərara gəldik ki, son oyunlarımızın əksərini Bakıda keçirək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.