13 noyabr 2012 12:22
Makqinn həyat yoldaşının vəziyyəti pisləşdiyi üçün yığmamızla oyunu buraxacaq
Futbol üzrə Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Qrant Makqinn DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunu buraxacaq. Azerisport.az xəbər verir ki, artıq baş məşqçi Maykl O`Nil onun yığmadan ayrılmasına razılıq verib.
Buna səbəb onun ailəsindəki problemlər səbəb göstərilir. Məsələ burasındadı ki, Makqinnin həyat yoldaşının səhhəti çox pisdi. Bu üzdən də o, yığmadan ayrılaraq, vaxtını rəfiqəsinin həyatını xilas etməyə həsr etməyə qərar verib.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
