13 noyabr 2012 00:27

“Azərbaycan yığması artıq əvvəl olduğu kimi deyil”

Futbol üzrə Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Kris Brant DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

“Bu oyun Portuqaliya ilə qarşılaşmadan fərqlənəcək. Çünki Azərbaycan bizim əvvəlki rəqib qədər güclü deyil. Ona görə də biz daha çox hücum etməli olacağıq”.

27 yaşlı futbolçu azarkeşlərin oyunun keçiriləcəyi “Vindzor Park” stadionunu tam dolduracağına əmindi: “Biz də onların bu dəstəyinin qarşılığında qələbə hədiyyə etməliyik. Onların əhval-ruhiyyəsini yaxşılaşdırmaq istəyirik. Çünki onlar bizi hər oyunda dəstəkləyirlər və buna layiqdilər”.
 
“West Bromvich”in orta sahə oyunçusu bundan əvvəli ev oyununu – Lüksemburqla qarşılaşmanı da xatırlayıb: “Biz həmin oyuna yaxşı başlamışdıq. Lakin sonradan nəsə oldu və oyunumuz getmədi. Bu dəfə isə özümüzü azarkeşlərimiz qarşısında əff etdirməliyik. Bunun üçün isə qələbə qazanmalıyıq”.
 
Maraqlıdı ki, Kris Brant 2005-ci ildə keçirilən Şimali İrlandiya – Azərbaycan görüşünün iştirakçısı olmaq şansına malik imiş. Amma o, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib və meydana çıxmayıb: “O zaman mən ehtiyatda qaldım. O dövrlər müqayisədə Azərbaycan yığması çox dəyişib. Bu komanda indi əvvəlki kimi deyil. Baş məşqçi Berti Foqts bu ölkədə yaxşı komanda yaradıb. Onlar səfərdən xalla da dönə bilərlər. Azərbaycanlılar yaxşı texnikaya malikdilər. Mən bu komandanın adi rəqib olmadığını düşünürəm. Bizim insanlar rəqibin adına baxırlar və elə düşünürlər ki, doğma divarlar arasında qələbə qazanmaq asan olacaq. Amma bu, belə deyil. Qələbə qazanmaq üçün döyüşmək lazımdı. Bu ölkədə futbola böyük pullar yatırılır. Azərbaycan çempionatında Braziliyadan legionerlər çıxış edirlər. Onlar klub səviyyəsində də yaxşı təsir bağışlayırlar”.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.