15 noyabr 2012 01:56
Türkiyə Danimarka ilə heç-heçə etdi, İtaliya və İngiltərə uduzdu (YENİLƏNİB)
Bu gün dünyanın əksər yığmaları yoldaşlıq oyunlarında qüvvələrini sınayıblar. Azerisport.az həmin qarşılaşmaların siyahısı ilə sizi də tanış edir.
Maraq doğuran görüşlərdən biri qardaş Türkiyə yığmasının doğma meydanda Danimarka ilə görüşü idi. “Ay-ulduzlular” tarixindəki yubiley – 500-cü oyundan qalib ayrılmağı hədəfləsə də, buna nail ola bilməyib.
İtaliya yığması Fransa ilə üz-üzə gəlib. Meydan sahibləri məğlubiyyətlə üzləşiblər. İngiltərə səfərdə İsveçə uduzub. Hollandiya isə Almaniya ilə qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıb.
Yoxlama oyunu
14 noyabr
Cənubi Koreya - Avstraliya - 1:2
Çin – Yeni Zelandiya - 1:1
Tailand – Butan - 5:0
Malayziya - Honq Konq - 1:1
Tanzaniya – Kenya - 1:0
Gürcüstan – Misir - 0:0
Küveyt – Bəhreyn - 1:1
Ermənistan – Litva - 4:2
BƏƏ - Estoniya - 2:1
Konqo DR - Burkina Faso - 0:1
Bolqarıstan – Ukrayna - 0:1
Ruanda – Namibiya - 2:2
Çexiya - Slovakiya - 3:0
Anqola – Konqo - 1:1
Əlcəzair - Bosniya-Herseqovina - 0:1
Kipr - Finlandiya - 0:3
Makedoniya - Sloveniya - 3:2
Səudiyyə Ərəbistanı - Argentina - 0:0
Tunis – İsveçrə - 1:2
Lixtenşteyn – Malta - 0:1
CAR – Zambiya - 0:1
Andorra – İslandiya - 0:2
Niger - Seneqal - 1:1
Çili – Serbiya - 1:3
Mərakeş - Toqo - 0:1
Rumıniya – Belçika - 2:1
Türkiyə - Danimarka - 1:1
Avstriya – Fil Dişi Sahili - 0:3
Hollandiya - Almaniya - 0:0
Macarıstan – Norveç - 0:2
İsveç – İngiltərə - 4:2
Albaniya - Kamerun - 0:0
İrlandiya – Yunanıstan - 0:1
Polşa - Uruqvay - 1:3
İtaliya – Fransa - 1:2
