14 noyabr 2012 13:08
22 futbolçuya cəmi bir qol!
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Şimali İrlandiyanın qonağı olacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqtsun sərəncamında bu oyun üçün 22 futbolçu var.
Qarşılaşma ərəfəsində milli üzvlərinin son turda klublarında nə ilə yadda qaldığını araşdırdıq. Nə qədər təəssüf doğuran məqam olsa da, onlardan yalnız biri son turda qol vura bilib.
QAPIÇILAR
Anar Nəzirov (Qəbələ) – “Neftçi” ilə oyunda 90 dəqiqə meydanda olub, bir qol buraxıb. Komandası 2:1 hesabıyla qalib gəlib.
Səlahət Ağayev (Sumqayıt) – “İnter”lə oyunda forma geyməyib. Komandası qolsuz heç-heçə edib.
Andrey Popoviç (Turan) – “Simurq”la oyunda 90 dəqiqə meydanda olub, bir qol buraxıb, bir sarı vərəqə alıb. Komandası 1:1 hesablı heç-heçəyə razılaşıb.
MÜDAFİƏÇİLƏR
Bədavi Hüseynov (Qarabağ) – AZAL-la oyunda 90 dəqiqə meydanda olub. Komandası 2:0 hesablı qələbəyə sevinib.
Maksim Medvedev (Qarabağ) - AZAL-la oyunda 90 dəqiqə meydanda olub. Komandası 2:0 hesablı qələbəyə sevinib.
Hacı Hacıyev (Qarabağ) - AZAL-la oyunda 10 dəqiqə meydanda olub. Komandası 2:0 hesablı qələbəyə sevinib.
Ruslan Abışov (Xəzər Lənkəran) – “Rəvan”la oyunda 90 dəqiqə meydanda olub. Komandası 4:0 hesabıyla qalib gəlib.
Vladimir Levin (İnter) – “Sumqayıt”la oyunda 90 dəqiqə meydanda olub, bir sarı vərəqə alıb. Komandası qolsuz heç-heçəyə razılaşıb.
Rasim Ramaldanov (Simurq) – “Turan”la oyunda 63 dəqiqə meydanda olub, qırmızı vərəqə alıb. Komandası 1:1 hesablı heç-heçəyə razılaşıb.
Əli Gökdəmir (Hannover 96) – “Sankt Pauli” ilə oyunda 69 dəqiqə meydanda olub. Komandası 7:0 hesabıyla qalib gəlib.
YARIMMÜDAFİƏÇİLƏR
Rəşad Sadiqov (Neftçi) – “Qəbələ” ilə oyunda 90 dəqiqə meydanda olub. “Neftçi” həmin oyunda 1:2 hesabıyla məğlub olub. Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Rusiya “Rubin”i ilə ev oyununda isə 58 dəqiqə meydanda olub. Komandası 0:1 hesabıyla uduzub.
Rahid Əmirquliyev (Xəzər Lənkəran) – “Rəvan”la oyunda 90 dəqiqə meydanda olub. Komandası 4:0 hesabıyla qalib gəlib.
Uğur Pamuk (Sumqayıt) – “İnter”lə oyunda iştirak etməyib. Komandası qolsuz heç-heçə edib.
Aleksandr Çertoqanov (Qəbələ) – “Neftçi” ilə oyunda 90 dəqiqə meydanda olub, sarı vərəqə alıb. Komandası 2:1 hesabıyla qalib gəlib.
Elvin Məmmədov (Bakı) – “Kəpəz”lə oyunda 90 dəqiqə meydanda olub. Komandası səfərdən qolsuz heç-heçə ilə qayıdıb.
Elhad Nəziri (Milsami) – “İskra Stal”la oyunda iştirak etməyib. Komandası 2:0 hesabıyla qalib gəlib.
Cavid Hüseynov (Adana Demirspor) – “Bucaspor”la oyunda iştirak etməyib. Komandası 0:1 hesabıyla uduzub.
HÜCUMÇULAR
Vüqar Nadirov (Qarabağ) – AZAL-la oyunda 68 dəqiqə meydanda olub, sarı vərəqə alıb. Komandası 2:0 hesabıyla qalib gəlib.
Rauf Əliyev (Qarabağ) – AZAL-la oyunda 14 dəqiqə meydanda olub. Komandası 2:0 hesabıyla qalib gəlib.
Vaqif Cavadov (Qarabağ) – AZAL-la oyunda 74 dəqiqə meydanda olub, bir qol vurub. Komandası 2:0 hesabıyla qalib gəlib.
Branimir Subaşiç (Xəzər Lənkəran) – “Rəvan”la oyunda 45 dəqiqə meydanda olub. Komandası 4:0 hesabıyla qalib gəlib.
Cihan Özkara (Erciyesspor) – “Denizlispor”la oyunda forma geyməyib. Komandası 0:2 hesabıyla uduzub.
