14 noyabr 2012 13:21
Xarici klublar Flavinyo ilə maraqlanır
Bir sıra əcnəbi klublar Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyonun xidmətində maraqlıdı. Bu barədə azerisport.az saytına müsahibəsində paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
“Son dövrlər Flavinyo ilə xarici klublar da maraqlanmağa başlayıblar. Əlbəttə, hələ rəsmi təklif göndərən olmayıb. Sadəcə bizdən onu satıb-satmayacağımızı soruşurlar. “Neftçi” hazırda yalnız Avropa Liqasını düşünür. Çempionatda da bizi gərgin mövsüm gözləyir. Bu üzdən də Flavinyonu buraxa bilmərik. “Neftçi” onunla uzunmüdəttli əməkdaşlıqda maraqlıdı. Lakin təbii ki, yaxşı bir təklif alsaq, bu barədə düşünə bilərik”.
