14 noyabr 2012 01:25
“Çalışacağıq ki, bu səhvləri qarşıdakı oyunda təkrarlamayaq”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov “Simurq”la keçirdikləri yoldaşlıq oyunu haqda danışıb. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis bunları deyib:
“Milli komandanın oyunu ilə əlaqədar çempionatda uzun fasilə yaranıb. Biz isə qarşıda “Qəbələ” ilə çətin oyun keçirəcəyik. Ona görə hazırlıq planına əsasən yoxlama oyunu keçirməyi məqsədə uyğun hesab etdik. “Simurq”la matçda futbolçuları fərqli mövqelərdə yoxladıq. 60 dəqiqə əsas heyətə şans verdik. Sonra gəncləri sınaqdan keçirdik. Belə görüşlərdə nəticə önəmli olmasa da, məni əsas komandamın sərgilədiyi oyun maraqlandırır. Məncə, bu matçın bizə xeyri oldu. Çalışacağıq ki, indi etdiyimiz səhvləri “Qəbələ” ilə görüşdə buraxmayaq”.
