14 noyabr 2012 13:37
Mircavadov: Ümid edirəm ki, yığmamız 90 dəqiqə müdafiədə oturmayacaq
Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, ilin son oyunudu. Berti Foqts nəsə göstərməlidi. Ümid edirəm ki, komandamız 90 dəqiqə müdafiədə oturmayacaq. Top bizdə olanda hücum etmək lazımdı. Əgər yığmamız hər oyunda uduzacaqsa, hansı inkişafdan danışmaq olar? Unutmayın ki, Lüksemburq da Belfastda heç-heçə etmişdi”.
