14 noyabr 2012 13:55
Böyükağa Hacıyev: Əfran İsmayılov Neftçini gücləndirə bilər
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Qarabağ”dan ayrılan Əfran İsmayılovun komandasına keçmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Premyer Liqadakı hansı məşqçi belə bir futbolçunu sərəncamında görmək istəməz ki? Əfran “Neftçi”ni gücləndirər. O, Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən yaxşı oyunçulardan biridi. Buna baxmayaraq, biz onunla danışıq aparmırıq. Eyni zamanda mən istərdim ki, o, xarici kluba keçmək haqda düşünsün. Əfran legioner olmalıdı”.

Hacıyev “Qarabağ”ın son illərdə aparıcı futbolçularını itirməsinə də münasibətini açıqlayıb: “Komandanı Elvin Məmmədov, Rəşad Sadiqov tərk etmişdi. İndi də Əfran gedir. Bu, normal haldı. Vaxtilə İngiltərənin “Manchester United” klubundan Devid Bekhem, Kristiano Ronaldo kimi futbolçular getsə də, klub öz inkişafından qalmadı. Eləcə də “Qarabağ”. Əminəm ki, Qurban Qurbanov gedənlərin yerinə layiqli futbolçular tapacaq”.a