14 noyabr 2012 15:07

Rafael Əmirbəyov: Berti Foqtsdan fərqli Karlos Alberto bizdən hücum etməyi tələb edirdi

Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rafael Əmirbəyov azerisport.az saytına müsahibəsində millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirəcəyi görüşdəki şanslarını dəyərləndirib, Berti Foqtsla Karlos Albetro Torresi müqayisə edib.
 
- Bu gün yığmamız Şimali İrlandiya ilə qarşılaşacaq. DÇ-2006-nın seçmə mərhələsində bu komandaya qarşı keçirdiyimiz oyunların hər ikisində meydana çıxmısız. Öncə həmin görüşləri xatırlamağınızı istərdik...
- Şimali İrlandiya həmin illərlə müqayisədə o qədər də dəyişməyib. Ola bilər futbolçular fərqlidi. Amma oyun üslubları olduğu kimi qalmaqdadı. Futbolçularının əksəriyyəti İngiltərə Premyer Liqasında çıxış edir. Bu da onların ustalıq səviyyəsinin yüksək olmasından xəbər verir. Yadımdadı ki, Şimali İrlandiya həmin vaxt bizimlə oyundan sonra İspaniyaya da qalib gəlmişdi. Həmin vaxt komandamız da fərqli oyun sərgiləyirdi. Çünki komandamızı Karlos Alberto Torres çalışdırırdı. Oxuyuram ki, jurnalistlər Şimali İrlandiyanı məğlub etməkdən dəm vururlar. Amma Şimali İrlandiya yığmasına hörmətlə yanaşmaq lazımdı. Bu komanda kifayət qədər yaxşı futbol sərgiləyir.

- Həmin dövrlə müqayisədə nə dəyişib?
- Baş məşqçilər dəyişib. Karlos Alberto Berti Foqtsdan çox fərqlənirdi. Bu gün yığmada gənc futbolçulara üstünlük verilsə də, səviyyə o qədər də qalxmayıb. Düzdü, onlar layiqli futbolçulardı. Amma Foqtsun onlardan nə tələb etdiyini bilmirəm. Torres bizdən hücuma getməyi tələb edirdi. İndi isə yığmanın hücum xəttində problem var. Futbolçular müdafiədən hücuma keçə bilmirlər.

- Amma Torresin dövründə komandamız böyük hesablı məğlubiyyətlərlə diqqət çəkirdi...
- Braziliyalı hətta Polşaya 0:8 hesabıyla uduzduğumuz oyunlarda da bizdən hücuma keçməyi tələb edirdi. Yadımdadı ki, ilk yarından sonra 0:3 hesabıyla geridə olsaq da, Torres fasilədə bizə hücum haqda düşünməyi tapşırmışdı. Şimali İrlandiya ilə Bakıdakı oyunda qolsuz heç-heçə etdik. Həmin oyundan sonra Torres bildirmişdi ki, rəqib basketbol oynayırdı.
 
- Cavab oyununda isə artıq Torres yox idi və komandamız 0:2 hesabıyla məğlub oldu...
- Komandanı Vaqif Sadıqov çalışdırmağa başlamışdı. Özü də Belfastda layiq olmadığımız məğlubiyyətlə üzləşdik. İlk qolu cərimə zərbəsindən vurdular. İkinci qolu isə hakim mənim səhvimdən sonra təyin etdi. Bizim həmin görüşdə sadəcə bəxtimiz gətirmədi. Halbuki, qol vurmaq üçün şanslarımız oldu.

- Bəs bu gün baş tutacaq oyunda meydana çıxacaq futbolçulara nəyi məsləhət görərdiniz?
- Rəqib bütün heyətlə hücuma keçməyi xoşlayır. Buna görə də onları sürətli əks-hücumlarda yaxalamaq lazımdı. Rəqibin hər səhvindən yararlanmağı bacarmalıyıq.
 
- Yığmamızdan nə gözləyirsiz?
- Minimum heç-heçə. Çünki komandamıza inanıram. Lüksemburq Şimali İrlandiya ilə səfərdə heç-heçə etdi. Biz həmişə özümüzü rəqiblərimizdən güclü sayırıq. Elə isə niyə qələbə qazanmamalıyıq? Futbolçular Berti Foqtsun tələblərini tam yerinə yetirsələr, uğur qazanmağımız mümkündü.

- Sizcə, Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürov kimi futbolçuların yoxluğu millimizin oyununa nə dərəcədə təsir göstərə bilər?
- Onların yoxluğu əksinə xeyir də verə bilər. Çünki adətən gənclər əsas heyətdə yer veriləndə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Təcrübəli futbolçular olmayanda, hər şey gənclərin əlində olur. Belə şanslar az olur. Ona görə də bundan yararlanmaq lazımdı. Qoy oynasınlar, özlərini göstərsinlər. Amma mütləq qol vurmaq lazımdı. Özü də bunu təkcə hücumçulardan gözləmək lazım deyil. Komandamızın ən pis cəhəti böyük qüvvə ilə hücuma keçməməsidi.
 
- Foqtsun yığmamıza Türkiyə və Almaniyanın aşağı liqalarından futbolçu dəvət etməsinə necə baxırsız?
- Bu suallar artıq Foqtsa ünvanlanmalıdı. Əgər yığmada layiqli ehtiyat qüvvə yoxdusa, onda Foqts nə etsin? O da yığmaya futbolçu dəvət edir ki, komandasında rəqabəti artırsın. Amma Foqtsun seleksiya işləri diqqətlə aparılmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.