14 noyabr 2012 16:09
Barcelonanın məşqçisi rəsmən Xəzər Lənkəranda!
Keçmiş baş məşqçi Yunis Hüseynovla yollarını ayıran “Xəzər Lənkəran” yeni baş məşqçi ilə anlaşıb. Azerisport.az xəbər verir ki, bundan sonra komandanı 39 yaşlı ispan mütəxəssis Karles Martorell Bakes çalışdıracaq.
Məşqçi “Barcelona” futbol klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi və FIFA PRO A məşqçi lisenziyasına (İspaniya Futbol Liqasinda məşqçi işləmək üçün ən yüksək dərəcə) malikdi. Eyni zamanda, Bakes peşəkar karyerasında “Barcelona”nın nəzdində məşqçi-direktor kimi fəaliyyət göstərib.
