14 noyabr 2012 16:36
Yığmamız Şimali İrlandiya ilə oyundan qalib ayrılacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Şimali İrlandiya ilə səfər matçında hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Respondentlərin əksəriyyəti yığmamızın minimal hesabla qalib gələcəyini proqnozlaşdırır. Bu varianta respondentlərin 29 faizi (97 səs) inanır.
Sorğuya qatılanların 22 faizi isə komandamızın minimal hesabla məğlub olacağını düşünür. Bu varianta 76 nəfər səs verib.
Komandamızın böyük hesabla məğlub olacağını da güman edənlər çoxdu. Digər variantlara, xüsusilə heç-heçə olmasına ümid edənlər isə daha azdı.
