14 noyabr 2012 17:08
Yığmamızın kapitanı Ruslan Abışov olacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Belfast şəhərində keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyununda millimizin kapitanı Ruslan Abışov olacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Xatırladaq ki, millimizin kapitanı Rəşad Sadıqov və vitse-kapitan Mahir Şükürov zədəli olduqları üçün Şimali İrlandiya yığması ilə oyunda komandamızın heyətində yer almayıblar.
