14 noyabr 2012 17:23

Vaqif Sadıqov: Yığmamız hamını qane edə biləcək nəticə qazana bilər

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Şimali İrlandiya ilə yığmamızın Belfastdakı son oyununda baş məşqçi funksiyasını məhz siz yerinə yetirirdiniz. Millimiz onda 0:2 hesabıyla uduzmuşdu...
- Biz həmin oyunda öz səhvlərimiz nəticəsində uduzduq. Rəqib ilk qolu cərimə zərbəsindən vurdu. Özü də bunu gözəl şəkildə yerinə yetirdi. İkinci qolu isə matçın sonlarından penaltidən buraxdıq. Məğlubiyyətə rəğmən, komandamız 2005-ci ildə layiqli müqavimət göstərmişdi. Ən azı heç-heçə edə bilərdik. Fikrimcə, komandamız bütün bunları nəzərə almalı və rəqibə standart vəziyyətlər yaratmağa imkan verməməlidi.

- Yəqin ki, bura rəqibə ikinci mərtəbədə özünü rahat hiss etmək imkanı verməmək də daxildi...
- Bəli. Özü də təkcə hava mübarizələrində yox. Həm də mərkəzdə, cinahlarda. Hər şeyə hazır olmaq lazımdı. Rəqibin pressinq tətbiq etməsinə də. Rəqib komandanın əksər üzvləri İngiltərə Premyer Liqasında və digər güclü birinciliklərdə çıxış edirlər. Ona görə də rəqib düşərgədə yüksək motivasiya olacağı şübhəsizdi.
 
- Yığmamız bu oyunda uğur qazana bilər?
- Bundan öncəki oyunlarımızı qrupun favoritlərinə qarşı, özü də səfərdə keçirmişik. Ola bilər ki, layiqli mübarizə aparmamışıq. Amma bu dəfə nisbətən zəif rəqiblə üz-üzə gəlirik. Bu, ən azı hamımızı qane edə biləcək nəticəyə nail olmaq şansı yaradır. Təbii ki, söhbət uduzmamaqdan gedir.

- Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev... Belə oyunçuların yoxluğunda buna nail olmaq sizcə, mümkündü?
- Fikrimcə, komanda da bunu yaxşı başa düşür və futbolçular meydana həm özləri, həm də onlar üçün çıxmalıdılar. Ona görə də itkilərin ciddi problem yaradacağını düşünmürəm.

- Yığmamız adətən erkən qollara üzülür...
- Elədi. Amma son iki oyunda komandamız əksinə son dəqiqələrdə qol buraxmasına üzülüb. Fikrimcə, bu oyunda erkən qol buraxsaq, bizə çox çətin olacaq. Ona görə də ilk 15 dəqiqədə diqqətli oynamağımız vacibdi. Bu, o demək deyil ki, müdafiəni öz qapımızın ağzından qurmalıyıq. Özü də Şimali İrlandiya kimi rəqiblə oyunda. Bunu mərkəzdə təşkil etmək lazımdı.

- Yığmanın oyunu ilə əlaqədar yaranan fasilədə AZAL “İnter”lə yoxlama oyunu keçirdi. Bu oyunla bağlı nə deyə bilərsiz?
- Bu oyunda müdafiə xəttində bir sıra futbolçuları sınaqdan keçirdim. Amma təəssüf ki, stopper cütlüklərindən heç biri ümidlərimi doğrultmadı. Bütün futbolçulara oynamaq şansı yaratdım. Müdafiədə çox pis oynadıq. Məğlub olsaq da, qarşılaşma komandamız üçün faydalı oldu. Yetirmələrimi bir daha sınaqdan keçirmiş oldum.
 
- Oyundan sonra beş futbolçunu əvəzedici komandaya göndərdiyinizə dair xəbərlər yayıldı...
- Onlar gənc futbolçular idi. Həmin oyunçuları məhz əsas heyətdə sınamaq üçün əvəzedici heyətdən dəvət etmişdi. Qarşılaşmadan sonra da geri döndülər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.