14 noyabr 2012 18:15
“Berti Foqtsun Anar Nəzirovu ehtiyatda saxlaması ilə razılaşmayacağam”
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov futbol üzrə Azərbaycan yığmasına dəvət alan Anar Nəzirovun bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya ilə görüşdə start heyətdə meydana çıxmalı olduğunu düşünür. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Anar Nəzirov gənc və perspektivlidi. “Qəbələ”də o, maksimum güclə çalışır. Onda xarakter var. Fikrimcə, Kamran Ağayevin yoxluğunda Nəzirov yığmamıza kömək edə bilər. Yığmamız üçün hazırda ən yaxşı variant məhz Anarın start heyətdə oynamasıdı. Əlbəttə, qərar Berti Foqtsundu. Amma bizim qapıçımız ehtiyatda qalsa, mən bununla razılaşmayacağam. Oyuna gəlincə, komandamıza uğurlar arzulayıram. Bu rəqiblə oynamaq olar. Yəqin ki, necə oynamaq lazım olduğunu da Foqts özü bilir. Yığmamızdan uğur gözləyirəm”.