14 noyabr 2012 18:30
Bakının yeni kapitanı bəlli oldu
“Bakı”nın yeni kapitanı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra paytaxtın eyni adlı klubunun kapitan sarğısını yarımmüdafiəçi Elvin Məmmədov daşıyacaq.
Vitse-kapitanlar isə yarımmüdafiəçi Aleksandr Şoliç və qapıçı Edin Nuredinoski seçilib.
Qeyd edək ki, “Bakı”nın kapitanı Cəmşid Məhərrəmov idi. Lakin o, bir neçə gün öncə baş məşqçi Bojidar Bandoviçin qərarına əsasən, əvəzedici heyətə göndərilib.
