14 noyabr 2012 18:56
Maksim Medvedev: Vətənə müsbət nəticə ilə dönmək istəyirik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu oyuna yaxşı hazırlaşmışıq. Fikrimcə, komanda qarşılaşmaya tam hazırdı. Gündə iki məşq sizə adi görünməsin. Belə məşqlə hər şeyə hazır olmaq lazımdı. Rəqibin oyun üslubunu nəzərə alsaq, məşqlərdə “ikinci mərtəbədə” təkbətək mübarizələrə xüsusi diqqət ayırırdıq. Ardıcıl üçüncü oyunda uduzmaq istəmirik. Vətənə yaxşı nəticə ilə dönmək istəyirik. Düzdü, heyətlə bağlı müəyyən problemlərimiz var. Şimali İrlandiyaya qarşı heyətimizin demək olar ki, yarısı oynamayacaq. Onlar bu görüşdə bizə çox kömək edə bilərdilər. Sona qədər mübarizə aparacağıq, görək nə olur. Şansımız qalır”.