14 noyabr 2012 19:21
Lippert: Belə oynamaq olmaz!
21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernard Lippert fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Birinci hissədə rəqibimizdən üstün oynadıq. Lakin fasilədən sonra oyuna nəzarəti ağlasığmaz şəkildə əldən verdik. Bu isə həddən artıq top itkisi və gücümüzün səmərəsiz qaydada sərf olunması ilə nəticələndi. Bir sözlə, heç bir beynəlxalq qarşılaşmada bu gün ikinci hissədə çıxış etdiyimiz kimi oynamaq olmaz". (AFFA)
