14 noyabr 2012 20:03
Şahin Diniyev: Belfastda heç-heçə yığmamız üçün yaxşı nəticə sayılacaq
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rəqib komandanın heyətində kifayət qədər güclü və ucaboy futbolçular çıxış edirlər. Bu, komandamıza problem yarada bilər. Onu da unutmamaq lazımdı ki, Şimali İrlandiya yığması standart vəziyyətlərdən yaxşı yararlanır. Əgər hətta bütün oyunu müdafiə də olunsaq, yenə öz qapımıza sıxışmaq lazım deyil. Heç-heçə bizim üçün yaxşı nəticə sayılacaq. Baxmayaraq ki, meydan sahiblərini ancaq qələbə düşündürür”.
