14 noyabr 2012 11:17
Branimir Subaşiç: Şimali İrlandiya ilə oyunda sürpriz etməliyik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Yığmada işlər necədi?
- Yaxşıdı. Hər kəs yaxşı əhval-ruhiyyədədi. Komanda meydana çıxıb özünü göstərmək üçün alışıb-yanır.
- Yaxşıdı. Hər kəs yaxşı əhval-ruhiyyədədi. Komanda meydana çıxıb özünü göstərmək üçün alışıb-yanır.
- Şimali İrlandiya ilə oyundan nə gözləyirsiz?
- Mənə elə gəlir ki, biz bu səfər matçında sürpriz etməliyik. Şimali İrlandiya bunun üçün yaxşı məqamdı. Əgər bunları da məğlub edə bilməyəcəyiksə, onda hansı komandaya qalib gələcəyik?
- Mənə elə gəlir ki, biz bu səfər matçında sürpriz etməliyik. Şimali İrlandiya bunun üçün yaxşı məqamdı. Əgər bunları da məğlub edə bilməyəcəyiksə, onda hansı komandaya qalib gələcəyik?
- Lüksemburqu...
- Rəqibimizin xətrinə dəymək istəməzdim. Amma bu komanda üzərində qələbəmiz kimin üçünsə sürpriz sayılmayacaq. Baxmayaraq ki, onlar da ciddi rəqibdilər. Belfastda qələbə qazanmağımız isə hamını sevindirə bilər. Şimali İrlandiya ilə oyundakı qələbə bu tsikldə irəliyə doğru önəmli bir addım ola bilər.
- Amma addımı atmaq çox çətin görünür...
- Bunu bilirik. Şimali İrlandiya yaxşı komandadı. Onlar təmiz Britaniya futboluna üstünlük verirlər. Meydanın hər qarışı uğrunda mübarizə aparırlar. Lakin bizim də rəqib üzərində üstünlüklərimiz var. Sadəcə, bunlardan istifadə etməyi bacarmalıyıq.
- Bizdən daha güclü Portuqaliya bu komanda ilə bacarmadı...
- Şimali İrlandiya həmin oyunda yaxşı nəticə qazandı. Uzun müddət hesabda öndə idilər. Amma bu, bizi qorxutmur. Portuqaliya ilə oyunda biz də heç-heçəyə çox yaxın idik.
- Özünüzü necə hiss edirsiz? Qol vura biləcəksiz?
- Mən daha çox qol vurmaq yox, komandanın ümumi uğurunda pay sahibi olmaq haqda düşünürəm. Kimin qol vurması vacib deyil. Azərbaycan yığmasında futbol oynamağı bacaran futbolçular var. Bu oyunda topa daha çox nəzarət etməliyik. Məşqlərdə bunun üzərində çox çalışırıq. İndi bunu oyunda da əks etdirməliyik.
- Berti Foqts sizi yenə meydana Portuqaliya və Rusiya ilə oyunlardakı taktika ilə çıxara bilər...
- Həmin oyunlarda demək olar ki, 90 dəqiqə müdafiə haqda düşünürdük. Aparıcı oyunçularını saxlamağa çalışırdıq ki, heç nə edə bilməsinlər. Lakin mən belə düşünürəm ki, bu dəfə biz daha çox yaradıcı futbolçulara müraciət etməliyik. Yığmada belə futbolçular var. Amma buna mən qərar vermirəm. Bu, sadəcə mənim fikrimdi. Son qərarı verəcək baş məşqçimiz var. O, necə istəsə, elə də oynayacağıq.
