14 noyabr 2012 11:31
Qarabağ Simurqla oyun üçün hazırlıqlara başladı
“Qarabağ” bugündən məşqlərə başlayır. Azerisport.az xəbər verir ki, bazar günü Premyer Liqanın 13-cü turunda “Simurq”u qəbul edəcək Ağdam təmsilçilərinin yarımçıq heyəti dünən məşqə çıxmayıb.
“Bakı”yla yoxlama oyunu keçirdikdən sonra bir gün məşq edən Qurban Qurbanovun yetirmələri dünən istirahət edib. Bu gün Suraxanı qəsəbə stadionunda məşq 11:00-a təyin olunub. “Qarabağı”ın millidə top qovan futbolçuları isə 2 gün sonra komandanın düşərgəsinə qoşulacaq.
