14 noyabr 2012 00:01
Aleksandr Çertoqanov Şimali İrlandiya ilə oyunu buraxa bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin üzvünün yüngül zədəsi var.
Bu səbəbdən o, komandamızın son məşqində ümumi kollektivlə hazırlaşa bilməyib. Belə ki, Belfastdakı son hazırlıq prosesində Çertoqanov fərdi şəkildə məşq edib. Bu üzdən də onun Şimali İrlandiya ilə görüşdə meydana çıxması sual altındadı.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu bu gün Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
