14 noyabr 2012 00:16
“Yığmadakı ilk qələbəmi Azərbaycanla oyunda qazanmaq istəyirəm”
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, bu gün Belfastda baş tutacaq qarşılaşma ərəfəsində bunları dilə gətirib:
“Biz seçmə mərhələsində üç oyun keçirmişik. İkisində heç-heçə etmişik. Birində isə məğlub olmuşuq. Bu dəfə üç xal qazanmaq vaxtıdı. Bunu mənim kimi, futbolçularım da bilir. Mən yığmanın baş məşqçisi kimi ilk qələbəmi bu futbolçularla qazanmağı çox istəyirəm. Bu oyunda qələbə qazanmağımız başqa məqamlara görə də vacibdi. Məsələ burasındadı ki, qarşıda bizi dörd aylıq fasilə gözləyir. Bu fasiləyə xoş təəssüratlarla yollanmaq istərdim. Qələbə qazanmayacağımız halda isə, bu dörd ay mənim üçün çox uzun olacaq”.