14 noyabr 2012 12:22
Daha iki azərbaycanlı futbolçu Portonun maraq dairəsində
Portuqaliyanın “Porto” klubu daha iki azərbaycanlı futbolçunun xidmətində maraqlıdı. Azerisport.az xəbər verir ki, hələlik onların adları açıqlanmır
Amma sözügedən komanda həmin oyunçuları da baxışdan keçirməyə hazırlaşır. Artıq sözügedən futbolçulara viza alınması prosesinə başlanılıb. Yaxın günlərdə onların da Portuqaliyaya yola salınması gözlənilir.
Qeyd edək ki, “Porto” hazırda “Sumqayıt”ın gənc forvardı Orxan Əliyevi sınaqdan keçirir. Lakin onunla bağlı yekun qərar hələ də verilməyib.
