14 noyabr 2012 00:42
La Liqada mövsümün ən yaxşı futbolçusu Lionel Messi seçildi
Futbol üzrə İspaniya La Liqasında 2011-12 mövsümünün ən yaxşıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, ölkə çempionatında çıxış edən futbolçular və məşqçilər arasında aparılan sorğuya əsasən “Barcelona”nın sabiq çalışdırıcısı Xosep Qvardiola və bu komandada top qovan Argentina millisinin ulduzu Lionel Messi ən yaxşı adların layiq görülüblər.
Ötən mövsüm üçün Avropada ilin futbolçusu seçilən Andres İnyesta La Liqada ən yaxşı orta sahə oyunçusu adına layiq görülüb. Karles Puyol isə “Fair Play” mükafatına sahib çıxıb.
2011-12 mövsümünün çempionu olan “Real”dan İker Kasilyas ilin ən yaxşı qapıçısı adına layiq görülüb. Bu komandanın digər üzvü Serxio Ramos da ən yaxşı müdafiəçi seçilib.
