15 noyabr 2012 01:50
Azərbaycanın rəqibləri də qələbəyə həsrət qaldılar (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşdığı halda, F qrupunda millimizə rəqib olan digər komandalar da sınaq matçında qüvvələrini sınayıblar. Azerisport.az həmin oyunlarla sizi də tanış edir.
Qrupumuzun favoritlərindən Rusiya ABŞ yığmasıyla üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb.
Portuqaliya Qabonla münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. İsrail Belarusla qarşılaşıb. Hesabı meydan sahibləri açsalar da, qonaqlar əzmkar qələbəyə seviniblər. Lüksemburq da Şotlandiya yığmasını qəbul edib. İsrail kimi, yığmamızın bu rəqibi də məğlubiyyətlə üzləşib.
Yoxlama oyunu
Yoxlama oyunu
14 noyabr
Rusiya – ABŞ - 2:2 (1:0)
Qollar: Smolov, 9, Şirokov, 84-pen - Bredli, 76, Diskerud, 90+3.
İsrail – Belarus - 1:2 (1:1)
Qollar: Damari, 19 - Kislyak, 45+1, Balanoviç, 46.
Lüksemburq - Şotlandiya - 1:2 (0:2)
Qollar: Gerson, 47 - Rodes, 12; 23.
Qabon - Portuqaliya - 2:2 (1:1)
Qollar: Madinda, 32, Poko, 70-pen - Pitsi, 36-pen, M.Lopes, 60.
