15 noyabr 2012 02:11
Rövnəq Abdullayev: Qolu daha tez buraxsaydıq, qələbəni əldən verməyimizə bu qədər üzülməzdik
AFFA prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Futbolçularımız normal oynadılar, meydanda mübarizə apardılar. Biz qələbə qazanmağa da yaxın idik. Amma əvvəllər olduğu kimi, yenə əlavə olunan vaxtda çox pis oynadıq. Lakin bütövlükdə komandamızın çıxışını normal qiymətləndirirəm. Çətin səfərdə bir xal qazandıq. Fikrimcə, bu qolu daha tez buraxsaydıq, bu qədər məyus olmazdıq. Heyətimizdə çoxlu gənc futbolçular var. Bu, yaxşı əlamətdi”.