15 noyabr 2012 02:27
Berti Foqts: Oyundan öncə bu nəticəyə razı idim, indi isə yox
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesablı heç-heçə ilə bağlı öncə bunları dilə gətirib:
“Bir xalı çox çətinliklə qazandıq. Çünki Şimali İrlandiyaya qarşı mübarizə aparmaq çətin idi. Rəqibin hələ bizim qola qədər hesabı açmaq şansı var idi. Amma onlar digər qol epizodları kimi, ondan da yararlana bilmədilər. Bizim də ikinci qolu vurmaq şansımız vardı. Təəssüf ki, yararlana bilmədik. Futbol belədi. 60-cı dəqiqədən sonra biz istədiyimiz kimi oyun sərgiləməyi bacarmadıq. Bu, bizim sərgiləməli olduğumuz futbol deyildi”.

Foqts hakimin matçın əsas vaxtına 6 dəqiqə əlavə olunmasına da münasibət bildirib: “Hakim haqlı idi. Rəqibə bir xalı futbol tanrısı bəxş etdi. Oyundan öncə mən bu nəticəyə dərhal razılaşardım. Amma indi bu nəticəyə görə məyusam. Komandam onsuz da gəncdi. Matçın gedişində daha iki gənc futbolçu meydana çıxdı. Bu da az təsir göstərmədi”.
Foqts itkilərdən danışmaq istəmədiyini dilə gətirib: “İndi itkiləri bəhanə gətirmək düzgün çıxmaz. Kimlər bacarırdısa, onlar da oynadılar. Rəqib mən gözlədiyimi kimi çıxış etdi. Yağış da onlara kömək etdi. İsti, normal havada biz özümüzü daha komfortda hiss edə bilərdik. Biz 60 dəqiqə ərzində də pis çıxış etmədik. Yalnız son yarım saatda çoxlu səhvlər buraxmağa başladıq. Çünki yetirmələrim belə şəraitdə oynamağa o qədər də alışıq deyillər. Meydança çox sulu idi”.