15 noyabr 2012 02:42
Vaqif Cavadov: Biz iki xal itirdik
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Şimali İrlandiya ilə qarşı oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Biz yaxşı oynadıq, mübarizə apardıq. Real qol vəziyyətlərimiz də oldu. Hesab edirəm ki, biz bu gün iki xal itirdik. Gələn il daha yaxşı oynamağa çalışacağıq”.
