15 noyabr 2012 02:48
Elhad Nəziri: Azərbaycan xalqından üzr istəyirəm
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Elhad Nəziri DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Şimali İrlandiya ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Həmin epizodda mən heç rəqibə toxunmamışdım. Amma hakim cərimə zərbəsi təyin etdi. Çox təəssüf ki, məhz bu cərimə zərbəsi qapımıza qolla nəticələndi. Azərbaycan xalqı qarşısında üzr istəyirəm. Mənim hələ özümü isbatlamaq imkanım olacaq. Bu oyunda qələbə də qazana bilərdik. Şadam ki, ən azı bir xal qazanmağı bacardıq”.
Qeyd edək ki, bu oyun Elhad Nəziri üçün yığmamızda ilk qarşılaşma idi.
